Bakıda venerologiya və İPPP-nin müalicəsi | Kani Dəri Klinikası

VENEROLOGİYA

VENEROLOGİYA

Venerologiya — cinsi yolla keçən infeksiyaların (İPPP) və venerik xəstəliklərin öyrənilməsi, diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan tibb sahəsidir. Müasir venerologiya 20-dən çox İPPP-ni əhatə edir: sifilis, qonoreya, trixomoniaz, xlamidioz, mikoplazmoz, kandidaz, genital herpes, QİÇS (HİV), B hepatiti və s.

İPPP-lər uzun müddət simptomsuz keçə bilər, lakin ciddi fəsadlara səbəb ola bilər. Erkən diaqnostika və müalicə sağlamlığın və həyat keyfiyyətinin qorunması üçün vacibdir.

Diaqnostika:
Bakıda Kani Dəri Klinikada İPPP-nin aşkarlanması üçün sidiklə PZR (tamamilə ağrısız) diaqnostika, sifilis və QİÇS üçün qan analizi, digər infeksiyalar üçün isə yaxma analizləri aparılır. DNT-analizlər dəqiq və vaxtında diaqnoz qoymağa imkan verir.

Yoxlanış üçün göstərişlər:

  • sifilis
  • qonoreya
  • trixomoniaz
  • xlamidioz
  • mikoplazmoz
  • kandidaz
  • ureaplazmoz
  • genital herpes
  • digər İPPP-lər

Kani Dəri Klinikada müalicə beynəlxalq standartlara əsaslanır, məxfilik isə tam qorunur.