Mikoplazma (Mycoplasma genitalium, MG)
Mikoplazma (Mycoplasma genitalium, MG) — cinsi yolla keçən bakteriyadır, həm kişilərdə, həm də qadınlarda müxtəlif uro-genital infeksiyalara səbəb ola bilər. Çox vaxt simptomsuz keçir və xəstə bu infeksiyanı hiss etmir.
Mümkün fəsadlar:
- Qadınlarda kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri
- Hamilə qalmaqda çətinlik
- Uşaqlıq boynu iltihabı
- Kişi və qadınlarda uretrit
Kişilərdə simptomlar:
- Cinsi orqanlardan ifrazat
- Sidik zamanı ağrı, yanma və ya sancı
Qadınlarda simptomlar:
- Vaginal ifrazat
- Qanaxma, ağrılı cinsi əlaqə
- Çanaq nahiyəsində ağrı
- Menstruasiya arası qanaxma
- Mikoplazmozun erkən mərhələdə aşkarlanması və müalicəsi asandır. Vaxtında diaqnostika və həkimə müraciət vacibdir.
Diaqnostika:
- Sidik analizi
- Endometrium və uşaqlıq boynundan yaxma
- Endometrium biopsiyası
Müalicə:
Bakıda Kani Dəri Klinikada beynəlxalq standartlara uyğun, sürətli, ağrısız və tam məxfi şəkildə aparılır.