Sifilis – Bakıda diaqnostika və müalicə | Kani Dəri Klinikası

Sifilis

Sifilis

Sifilis — Treponema pallidum bakteriyası tərəfindən törədilən, cinsi yolla keçən infeksiyadır. Erkən mərhələdə sifilis asanlıqla müalicə olunur, amma gec diaqnostika ağır fəsadlara səbəb ola bilər. Son illər gənclər arasında halların sayı artır.

Yoluxma yolları:
Vaginal, anal və ya oral cinsi əlaqə zamanı, sifilitik yara (şankr) ilə təmasda və ya ana bətnində (vertikal yoluxma). Məişət yolu ilə, ümumi tualet, geyim və əşyalar vasitəsilə keçmir.

Sifilisin mərhələləri:

  • Birinci mərhələ — yoluxma yerində ağrısız yara (şankr), 3–6 həftə
  • İkinci mərhələ — səpgilər, qızdırma, limfa düyünlərinin böyüməsi, saç tökülməsi, boğaz ağrısı, baş ağrısı
  • Latent mərhələ — simptomlar olmur, illərlə davam edə bilər
  • Gec mərhələ — daxili orqanlar, sinir sistemi, görmə, iflic, demensiya, ölümcül nəticə

Diaqnostika:

  • Anticisim analizləri
  • Şankrın mikroskopik analizi
  • PCR (yüksək dəqiqliklə)
  • Hamilə qadınlar mütləq yoxlanmalıdır!

Müalicə:
Erkən mərhələ — penisillin inyeksiyası. Əks-təsir olduqda — tetrasiklin, doksisiklin. Gec sifilis uzunmüddətli müalicə tələb edir.

Bakıda Kani Dəri Klinikası məxfilik, müasir diaqnostika və effektiv müalicə ilə beynəlxalq standartlara uyğun xidmət göstərir.