Qonoreya – Bakıda diaqnostika və müalicə | Kani Dəri Klinikası

Qonoreya

Qonoreya

Qonoreya — həm kişilərdə, həm də qadınlarda rast gəlinən, cinsi yolla keçən infeksiyadır (İPPP). Qonoreya cinsi orqanları, düz bağırsağı və boğazı zədələyir, çox vaxt simptomsuz keçir.
Kişilərdə inkubasiya dövrü 1 gündən 2–3 həftəyə qədər (adətən 3–4 gün), qadınlarda isə 2–3 həftədir. Yoluxma vaginal, anal və ya oral cinsi əlaqə zamanı baş verir, nadir hallarda məişət yolu ilə mümkündür.

Qadınlarda simptomlar:

  • Qıcıqlanma və ifrazat
  • Sidik zamanı yanma və ya ağrı
  • Defekasiya zamanı ağrı
  • Düz bağırsaqdan ifrazat və ya qəbizlik

Kişilərdə simptomlar:

  • Sidik zamanı ağrı
  • Penis ifrazatı (süd rəngli)
  • Xayada ağrı və ya şiş

Müalicə olunmayan qonoreya sonsuzluğa, oynaq infeksiyalarına, artritə və digər fəsadlara səbəb ola bilər.

Diaqnostika:
Bakıda Kani Dəri Klinikada diaqnostika PZR (sidik analizi) ilə aparılır. Bu üsul tam ağrısızdır və DNT-analiz sayəsində yüksək dəqiqlik təmin edir.

Müalicə:
Kani Dəri Klinikada müalicə sürətli, ağrısız və beynəlxalq protokollara əsaslanır. Məxfilik tam təmin edilir!