Xlamidioz – Bakıda diaqnostika və müalicə | Kani Dəri Klinikası

Xlamidioz

Xlamidioz

Xlamidioz — xlamidiya bakteriyası tərəfindən törədilən, cinsi yolla keçən infeksiyadır (İPPP). Kişilərdə və qadınlarda rast gəlinir, məişət yolu ilə (ümumi tualet, vanna, geyim) yoluxmur. Risk amilləri: qorunmayan cinsi əlaqə, tez-tez partnyor dəyişməsi, erkən cinsi həyat.

Yoluxma:
Ən çox anal, oral və vaginal kontakt zamanı ötürülür. İnkubasiya dövrü 1–3 həftədir, əksər hallarda simptomlar olmur.

Simptomlar:

  • Sidik zamanı yanma
  • Cinsi əlaqə zamanı ağrı
  • Selikli ifrazat
  • Erektil disfunksiya
  • Zəiflik, hərarət

Müalicə olunmazsa, xroniki iltihab, sistit, ateroskleroz, astma, sonsuzluq və hamiləlikdə uşağa yoluxma riski var.

Diaqnostika:
Bakıda Kani Dəri Klinikada xlamidioz PZR (sidik analizi) ilə ağrısız, təhlükəsiz və dəqiq diaqnostika olunur.

Müalicə:
Yalnız laborator təsdiqdən sonra təyin edilir, beynəlxalq standartlara əsaslanır, Kani Dəri Klinikada sürətli və ağrısız keçirilir. Özbaşına müalicə yolverilməzdir.

Məxfilik tam təmin edilir!