Genital herpes – Bakıda diaqnostika və müalicə | Kani Dəri Klinikası

Genital herpes

Genital herpes

Genital herpes — həm kişilərdə, həm də qadınlarda rast gəlinən, cinsi yolla keçən ən geniş yayılmış infeksiyalardan biridir. Əsas səbəbkarlar — 1-ci (HSV-1) və 2-ci tip (HSV-2) sadə herpes viruslarıdır.
HSV-1 dəri, selikli qişa və cinsiyyət orqanlarında səpgilərə səbəb ola bilər. HSV-2 əsasən genital nahiyəni zədələyir və yenidoğulmuşlar üçün təhlükəlidir.

Simptomlar:
Əksər hallarda simptomlar olmur, lakin virus illərlə orqanizmdə qalaraq partnyora ötürülə bilər. Simptomlar olduqda qabarcıqlı səpgilər, qaşınma, yanma və ağrılı eroziya müşahidə edilir.

Yoluxma yolları:
Genital herpes vaginal, anal və ya oral cinsi əlaqə zamanı, herpes yaraları, tüpürcək (oral herpes olan partnyor), genital ifrazat vasitəsilə ötürülür. Məişət yolu, su və geyim vasitəsilə yoluxmur.

Müalicə:
Bakıda Kani Dəri Klinikada genital herpes beynəlxalq standartlara uyğun, tez, effektiv və məxfi şəkildə müalicə olunur.