Dermatologiya — AI-FotoFinder diaqnostikası | Kani Dəri Clinic

DERMATOLOGİYA

DERMATOLOGİYA

Dermatologiya — dəri, saç, dırnaq və selikli qişaların sağlamlığını qoruyan və bərpa edən tibbi sahədir. Bu sahə həmçinin dermatoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur. 
Dermatologiya təkcə xəstəliklərin müalicəsi ilə deyil, həm də dərinin estetik görünüşünün yaxşılaşdırılması ilə də əlaqəlidir. Kimyəvi pilinqlər, müalicəvi lazer prosedurları, mikroiynə terapiyası və digər estetik prosedurlar bu sahənin əsas istiqamətlərindəndir.

Dermatoloqa aşağıdakı xəstəliklərlə müraciət edə bilərsiniz:

  • Ekzema
  • Atopik dermatit
  • Dəri göbələkləri
  • Ölçüsü və ya forması dəyişmiş xallar
  • Akne (sızanaqlar)
  • Psoriaz
  • Herpes
  • Saç tökülməsi
  • Vitiligo
  • Digər dəri və saç xəstəliklər
     

Dermatoloji xidmətlərimizdən faydalanmaq üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur. 
Bunu telefon vasitəsilə və ya veb-saytımızdakı “Qəbul üçün qeydiyyat” düyməsinə klikləməklə asanlıqla həyata keçirə bilərsiniz.
Biz hər zaman dərinizin sağlamlığını və gözəlliyini qorumağınıza kömək etməyə hazırıq.

Başqa xidmətlər