Kartoqrafiya — xalların dəqiq izlənilməsi və zamanla baş verən dəyişikliklərin qeydə alınması üçün istifadə olunan müasir diaqnostik üsuldur.
Xallar insan bədənində müxtəlif formalarda və sayda olur: düz və ya qabarıq, hamar və ya kobud, dairəvi və ya oval. Bəzilərində tük örtüyü də ola bilər.
Xallar təhlükəlidir və diqqət tələb edir, çünki:
Kartoqrafiya aparatı
Azərbaycanda ilk dəfə olaraq, Bakıda Kani Dəri Klinikasında ultramüasir Almaniya istehsalı kartoqrafiya aparatı mövcuddur.
Bu aparat süni intellektlə təchiz olunub və bədəndəki bütün xalları eyni vaxtda ağrısız və təhlükəsiz şəkildə skan edərək, onların quruluşunu, ölçüsünü, rəngini və sayını dəqiq analiz edir. Təkrar müayinələr zamanı xallar arasındakı ən xırda dəyişiklikləri belə müəyyən etməyə imkan verir. Prosedura uşaqlarda, yeniyetmələrdə və hamilə qadınlarda da aparıla bilər. Təkrar yoxlamalar ildə 3 dəfə — hər 4 aydan bir tövsiyə olunur.
Kartoqrafiya Kimlərə Tövsiyə Olunur?
Əgər bədəninizdəki xallarda hər hansı dəyişiklik müşahidə edirsinizsə və ya sadəcə profilaktik olaraq yoxlanmaq istəyirsinizsə, bu prosesi təxirə salmayın — erkən diaqnostika həm sağlamlığınızı qorumağa, həm də potensial risklərin qarşısını vaxtında almağa kömək edir.