Kani Dəri Clinic Qafqazda ilk dəfə olaraq dəri törəmələrinin qiymətləndirilməsi üçün Almaniya istehsalı olan “FotoFinder” adlı yüksək texnoloji cihazdan istifadə olunur. Bu cihaz sayəsində dəridəki xallar və digər törəmələr süni intellektin dəstəyi ilə qısa müddətdə analiz edilir və onların təhlükəli olub-olmaması müəyyən olunur.
FotoFinder cihazı dəri xərçəngi, xüsusilə də melanoma riskini erkən mərhələdə müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Süni intellekt əsaslı proqram təminatı törəmənin quruluşu, forması, rəngi və digər parametrlərini təhlil edərək, həkimin daha dəqiq diaqnoz qoymasına yardım edir.
Bu müayinə niyə vacibdir?
Dəri xərçəngi – erkən mərhələdə aşkarlanarsa, tam müalicə edilə bilən bir xəstəlikdir. Təhlükəli törəmələri vaxtında aşkar etmək həyatınızı xilas edə bilər.
Aşağıdakı simptomlardan biri varsa, dərhal dermatoloqa müraciət edin:
Bəzən kiçik bir xal böyük təhlükənin əlaməti ola bilər. Sağlamlığınızı riskə atmayın — əgər bədəninizdə şübhəli xallar və ya dəri dəyişiklikləri varsa, Kani Dəri Klinikasında dəqiq və təhlükəsiz diaqnostikadan keçin.