Podologiya Bakıda – Diaqnostika və müalicə Kani Dəri Klinikada

PODOLOGİYA

Podologiya – ayaq və dırnaq problemlərinin diaqnostika və müalicəsi ilə məşğul olan tibbi sahədir. Bu sahə ayaqda yaranan müxtəlif patologiyaların erkən aşkarlanaraq effektiv şəkildə aradan qaldırılmasına imkan verir.

Podoloqa nə zaman müraciət etməlisiniz?

Aşağıdakı əlamətlərdən hər hansı biri sizi narahat edirsə, mütləq podoloqa müraciət etməyiniz tövsiyə olunur:

  • Ayaq ağrısı
  • Dəridə qalınlaşmalar və mozollar
  • Batıq dırnaq
  • Dərinin kobudlaşması
  • Göbələk infeksiyaları
  • Ayaqda çatlar
  • Şəkərli diabet nəticəsində yaranan ayaq problemləri

Kani Dəri Klinikasında podologiya sahəsində aşağıdakı problemlərin diaqnostika və müalicəsi həyata keçirilir:

  • Dırnaq göbələyi (oniqomikoz)
  • Dırnaq distrofiyası (onixodistrofiya)
  • Dırnağın əyrilib qalınlaşması (oniqoqrifoz)
  • Dırnaqaltı ziyillər və mozollar
  • Batıq dırnaq
  • Ayaq mozolları və ziyillər
  • Ayaq dərisinin qalınlaşması (hiperkeratoz)
  • Şəkərli diabetə bağlı ayaq yaraları və digər fəsadlar

Müalicələr əsasən ağrısız aparat metodları ilə aparılır ki, bu da xəstələr üçün maksimum rahatlıq və effektivlik təmin edir.

 

👉 Sağlamlığınızı peşəkarlara etibar edin — podoloq konsultasiyasına yazılın!

Başqa xidmətlər