Onixomikoz – Kani Dəri Klinikada dırnaq göbələyi diaqnostika və müalicəsi

Onіxomіkoz

Onіxomіkoz

Onixomikoz — əsasən ayaq dırnaqlarını, bəzən topuq və əl barmaqlarını tutan göbələk xəstəliyidir. Xəstəlik müxtəlif göbələk növləri tərəfindən, xüsusilə immun sistemi zəif, endokrin pozuntuları və xroniki infeksiyaları olan şəxslərdə inkişaf edir.

Xarici risk amilləri: xırda travmalar, gigiyena pozuntusu, artıq tərləmə, ayaq dərisinin quruluğu, steril olmayan pedikür alətləri.

Simptomlar: dırnağın rənginin dəyişməsi (ağ, sarı, boz), barmaqlar arası qızartı və qaşınma, dırnağın qalınlaşması və kövrəkləşməsi, gəzərkən narahatlıq və ağrı.

Müalicə:
Effektiv müalicə üçün dəqiq diaqnostika və göbələkə qarşı preparatların düzgün seçimi vacibdir. Kani Dəri Klinikada Avropa protokolları tətbiq olunur: aparat üsulu ilə dırnaq işlənməsi, yerli və sistemli preparatların təyini, Avropa podoloqlar assosiasiyasının tövsiyələri ilə.