Melanoma – Bakıda diaqnostika və müalicə | Kani Dəri Klinikası

MELANOMA

Melanoma — ən təhlükəli dəri xərçəngi növlərindən biridir və melanositlərdən inkişaf edir. Nadir hallarda rast gəlinir, lakin çox aqressivdir və metastaz verməyə meyllidir. Kani Dəri Klinikada erkən diaqnostika müalicənin uğur şansını xeyli artırır.

Melanomanın əlamətləri:

Xalın ölçüsü, forması və ya rənginin dəyişməsi

Asimmetriya, qeyri-bərabər kənarlar

Qanaxma, qaşınma, yeni ləkələrin yaranması

Risk amilləri:
Həddindən artıq UV şüalanması (xüsusən uşaqlıqda), açıq dəri, çoxlu xal, irsi meyllilik, günəş yanığı.

Diaqnostika və müalicə:
Kani Dəri Klinikada dermatoskopiya, biopsiya, molekulyar testlər və kompüter diaqnostikası (FotoFinder) tətbiq olunur. Erkən mərhələdə cərrahi yolla çıxarılır, ağır hallarda immunoterapiya, hədəfli terapiya, kimyaterapiya və şüa terapiyası istifadə olunur.

Profilaktika və erkən diaqnostikaKani Dəri Klinikada müntəzəm yoxlanış, günəşdən qorunma və xalların müşahidəsi.