Vitiliqo — dərinin müəyyən sahələrində piqmentin itməsi nəticəsində depiqmentasiya ilə xarakterizə olunan dəri xəstəliyidir. Bu, piqment hüceyrələrinin (melanositlərin) fəaliyyətinin dayanması ilə bağlıdır. Vitiliqonun səbəbləri tam məlum deyil; autoimmun, genetik, stress, sinir və virus faktorlarının rolu ehtimal olunur.
Əsas simptom: müxtəlif sahələrdə ağ ləkələrin yaranması, ölçüsü və forması arta bilər, ən çox üz, əl və biləklərdə müşahidə olunur. Zədələnmiş dəri günəşə və ultrabənövşəyi şüalara həssas olur, həmin yerlərdə tüklərin rəngi də açıq ola bilər. Vitiliqo yoluxucu deyil.
Vitiliqonun növləri:
Diaqnostika:
Diaqnoz pasiyentin anamnezinin, dəri travması, stress, yanaşı və ya autoimmun xəstəliklərin, günəşə həssaslığın təhlili əsasında qoyulur.