Atopik dermatit (AD) — genetik mənşəli, allergik xarakterli xroniki iltihabi dəri xəstəliyidir. Bu xəstəliyə irsi meyllilik xasdır və bir neçə faktorun təsiri nəticəsində inkişaf edə bilər: qida vasitəsilə orqanizmə daxil olan allergenlər, dərinin qıcıqlandırıcı materiallarla (məsələn, paltarla) təması və dərinin düzgün qulluğu olunmaması.
Uşaqlarda atopik dermatit adətən erkən yaşlarda — əsasən 2–3 aylıqdan başlayaraq inkişaf edir və 3–5 il davam edə, bəzən isə ömür boyu qala bilər. Əsas əlamətlər: dərinin quruluğu, qızartı, şiddətli qaşınma və səpgilərdir.
AD riskini artıran əsas amillər — ailədə allergik reaksiyalara meyllilik və gələcək ananın hamiləlik zamanı (xüsusən, üçüncü trimestrdə) çoxlu allergen məhsullar (sitrus meyvələri, çiyələk, şokolad və s.) qəbul etməsidir.
Bir çox valideynlər düşünür ki, atopik dermatit yalnız qida allergiyası ilə bağlıdır. Əslində isə bu xəstəlik çoxfaktorludur və qida allergiyası yalnız səbəblərdən biridir.
Müasir tədqiqatlar atopik dermatitin yaranmasını dəri səthinin qoruyucu funksiyasının pozulması ilə də əlaqələndirir. Zəifləmiş epidermis allergen və mikrobların orqanizmə asanlıqla daxil olmasına və iltihabi prosesin başlamasına şərait yaradır.
Atopik dermatitin diaqnostikası və müalicəsi
Kani Dəri Klinikada atopik dermatitin kompleks diaqnostikası müasir avadanlıqla aparılır, bu da xəstəliyin erkən aşkarlanmasına, mərhələsinin və fərdi xüsusiyyətlərinin müəyyən olunmasına imkan verir. Müalicə beynəlxalq protokollara əsaslanır, fərdi terapiya, dərinin baryer funksiyasının bərpası və həyat tərzi ilə qidalanmanın korreksiyası daxildir.
Əgər özünüzdə və ya uşağınızda atopik dermatit əlamətləri müşahidə edirsinizsə, vaxtında diaqnostika və fərdi yanaşma üçün Kani Dəri Klinikası mütəxəssislərinə müraciət edin. Bu, xəstəliyi effektiv şəkildə idarə etməyə və həyat keyfiyyətini artırmağa kömək edəcək!