İmpetigo – diaqnostika və müalicə Kani Dəri Klinikada

İmpetigo

İmpetigo

İmpetigo — çox yoluxucu dəri xəstəliyidir, ən çox uşaqlarda və körpələrdə müşahidə olunur. Səpgilər adətən üz, boyun, əllər və bez sahəsində, böyüklərdə isə nadir hallarda əmələ gəlir.

Səbəblər:
İmpetigoya iki bakteriya səbəb olur: piyogen streptokok və Staphylococcus aureus. Yoluxma xəstə ilə yaxın təmasda, ümumi əşyalar (dəsmal, oyuncaq), zədələnmiş dəri, həşərat və ya heyvan dişləməsi ilə baş verir.

Risk amilləri:

  • 2–6 yaş arası uşaqlar
  • Qıcıqlanmış dəri
  • Gigiyena qaydalarına əməl edilməməsi
  • Həddindən artıq isinmə
  • Dermatİt
  • Diabet
  • Zəif immunitet

Simptomlar:

  • Eroziya və yaralar
  • Sulanma
  • Sarımtıl qabıqlar
  • Maye ilə dolu qabarcıqlar
  • Xüsusilə üz nahiyəsində qaşınma

Diaqnostika:
Klinik əlamətlərə, kompüter diaqnostikasına və lazım olduqda bakterioloji analizlərə əsaslanır.

Müalicə:
Müalicə simptomların ağırlığına və səbəb olan bakteriyaya görə seçilir, beynəlxalq protokollara əsaslanır. Kani Dəri Klinikada fərdi və peşəkar yanaşma təmin edilir.