Saç tökülməsi (alopesiya) – Bakıda diaqnostika və müalicə | Kani Dəri Klinikası

SAÇ TÖKÜLMƏSİ (ALOPECİYA)

SAÇ TÖKÜLMƏSİ (ALOPECİYA)

Saç tökülməsi (alopesiya) — baş dərisində və ya digər bədən hissələrində həddindən artıq saç itkisi ilə xarakterizə olunan vəziyyətdir. Səbəblər daxili (irsilik, hormonal pozuntu, autoimmun xəstəliklər, stress, xroniki infeksiyalar, anemiya) və xarici (düzgün qulluq edilməməsi, aqressiv prosedurlar, zərərli vərdişlər) ola bilər.

Simptomlar:

Saçların daranması, yuyulması və formalaşdırılması zamanı həddindən artıq tökülməsi

Lokal yerlərdə açıq sahələr, nazikləşmə və ya tam saç itkisi

Saç strukturunun dəyişməsi, kövrəklik və solğunluq

Diaqnostika və müalicə:
Kani Dəri Klinikada trikoskopiya və laborator analizləri daxil olmaqla kompleks diaqnostika aparılır. Müalicə fərdi seçilir və dərman terapiyası, saç çıxışını stimullaşdıran prosedurlar, xüsusi qulluq və həyat tərzinin korreksiyası ola bilər.