Psoriaz — xroniki autoimmun dəri xəstəliyidir. Xəstəlik immun sisteminin pozulması nəticəsində inkişaf edir və stress, hormonal dəyişikliklər, infeksiyalar, dəri travmaları və bəzi dərmanların qəbulu fonunda kəskinləşə bilər. Psoriaz ağırlaşmalara, o cümlədən oynaq zədələnməsinə (psoriazik artrit) və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
Xəstəlik iltihablı lövhələr, qabıqlanma və qaşınma ilə özünü göstərir və dirsəklər, dizlər, bel nahiyəsi, baş dərisi və bədənin digər hissələrinə yayıla bilər. Psoriazın yüngül və ağır formaları mövcuddur; xəstəlik dəri quruluğu, qızartı, qabıqlanma, qaşınma və ciddi diskomfortla müşayiət olunur və peşəkar, sistemli müalicə tələb edən dərin xroniki prosesdir.
Müasir dermatologiya sübut edib ki, psoriaza nəzarət etmək mümkündür. Bakıda psoriaz müalicəsi Kani Dəri Clinic dermatoloji klinikada beynəlxalq tibbi protokollara uyğun aparılır. Dərinin vəziyyətinin qiymətləndirilməsi üçün süni intellektlə (AI) təchiz olunmuş Alman istehsalı FotoFinder cihazından istifadə edilir. Bu texnologiya psoriaz ocaqlarını və iltihabın dərəcəsini daha dəqiq analiz etməyə imkan verir.
Müalicə hər bir pasiyent üçün fərdi şəkildə — psoriazın forması, aktivlik səviyyəsi və dəri xüsusiyyətləri nəzərə alınaraq təyin olunur. Ağır formalar, o cümlədən eritrodermik psoriaz zamanı bioloji inyeksion preparatlar tətbiq edilə bilər. Bu müasir müalicə üsulları patoloji immun mexanizmləri bloklayır, iltihabı, qaşınmanı və qabıqlanmanı azaldır, xəstəliyin irəliləməsinin qarşısını almağa kömək edir.
Bununla yanaşı, UVB fototerapiya psoriazın müalicəsində yüksək effektivlik göstərir. UVB şüaları dəridə iltihabı azaldır, hüceyrələrin həddindən artıq bölünməsini ləngidir və psoriazın uzunmüddətli sabitləşməsinə kömək edir. Prosedurlar dermatoloq nəzarəti altında, fərdi doza hesablanaraq aparılır.
Kani Dəri Clinic-də psoriaz müalicəsinin əsas üstünlükləri — müasir texnologiyalar və fərdi yanaşmadır. Düzgün planlaşdırılmış psoriaz müalicəsi xəstəliyə nəzarət etməyə, kəskinləşmələrin sayını azaltmağa və həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verir.